Hadisə

Bakıda sərnişin avtobusu minik maşını ilə toqquşub

Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Bakıda sərnişin avtobusu minik maşını ilə toqquşub.

· Xəbərçi
Bakıda sərnişin avtobusu minik maşını ilə toqquşub
Bu gün saat 10.30 radələrində Kooperasiya Universitetinin yaxınlığında qəza baş verib. Nərimanov rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, “Toyota Avalon”la 9-cu mikrorayon istiqamətində hərəkət edən 85 nömrəli sərnişin avtobusu toqquşub.

Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, qəza zamanı “Toyota”nın sürücüsü yüngül xəsarət alıb.

Polis İdarəsindən bildiriblər ki, hadisə yerinə əməliyyat qrupu göndərilib, ilkin araşdırma aparılır.

Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir. ANSPRESS

Şərhlər