Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. ANS PRESS-in Trend-ə istinadən verdiyi məlumata görə, gecə yarısı 133 saylı xətt avtobusu Binəqədi qəsəbəsində yoldan çızıb və yol kənarındakı kafenin həyətinə girib. İlkin məlumata görə, hadisə nəticəsində yeddi nəfər xəsarət alıb.
Yol-nəqliyyat hadisəsi Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin yaxınlığında baş verib.
İlkin məlumatlarda 10 TG 333 dövlət nömrə nişanlı avtobusun sürücüsünün sərxoş olduğu bildirilir.
Bakıda sərnişin avtobusu kafeyə girdi, xəsarət alanlar var
İlkin məlumatlara görə, avtobusun sürücüsü sərxoş olub.




Şərhlər