Bakıda saxta pul kəsənlər tutuldu
19 Yanvar 2011 Çərşənbə 11:30
Bakıda saxta pul kəsənlər tutulub. Onlardan ikisi keçmiş məhkumdur.
Bakıda saxta pul kəsməklə məşğul olan şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları Bakı şəhər sakinləri Vüqar Xəlilovdan 21 ədəd 5 manatlıq və 8 ədəd 10 manatlıq saxta əskinaslar aşkar edərək götürüb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində onlarla birlikdə saxta əskinasları hazırlayan əvvəllər məhkum olunan Vaqif Rəhimzadə və Elməddin İmamzadə də tutularaq istintaqa verilib. Onlardan isə 1 ədəd rəngli surətçıxaran və qalaqram vurmaq üçün rəngli qələm götürülərək cinayət işinə əlavə edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: