Bakıda “Range Rover” “Jiquli” ilə toqquşub
22 Fevral 2011 Çərşənbə Axşamı 06:11
Qəzadan sonra xəstəxanaya çatdırılan “Jiquli” sürücüsü Orucov Orucun vəziyyəti qənaətbəxşdir
Ötən gecə Nəsimi rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Üzeyir Hacıbəyov və Keykab Xanım Səfərəliyeva küçələrinin kəsişməsində baş vermiş qəzada Hüseynzadə Toğrul Ələkbər oğlunun idarə etdiyi “Range Rover” markalı avtomobil, Orucov Oruc Elxan oğlunun idarə etdiyi “Vaz-2106” markalı digər minik maşını ilə toqquşub.

Hadisə şahidləri qəzaya işıqforun tələblərini pozan və və sürət həddini aşan “Jiquli”nin səbəb olduğunu bildirir.

Qeyd edək ki, yol ayrıcında “Range Rover” markalı avtomaşınla toqquşan “Jiquli” qəfil zərbənin təsirindən aşıb və yolun kənarında tikinti gedən ərazinin hasarlarına çırpılıb.

Qəzadan sonra 1 saylı şəhər xəstəxanasına çatdırılan “Jiquli” sürücüsü Orucov Orucun vəziyyəti qənaətbəxşdir.

Hadisə yerində ilkin müayinə aparan və şahid ifadələrini dinləyən polis əməkdaşları da avtoqəzanın səbəbi kimi yüksək sürət və işıqfor amillərini əsas gətiriblər. Təfərrüatlar aparılan araşdırmaların yekununda bəlli olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar