Hadisə

Bakıda qrelka evin yanmasına səbəb oldu

Bakıda qrelka evin yanmasına səbəb oldu. Xəsarət alan olmayıb.

· Xəbərçi
Bakıda qrelka evin yanmasına səbəb oldu
Bakının Yasamal rayonunda Talıblı küçəsi 34 ünvanında yanğın hadisəsi baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə 5 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən maşını gələrək yanğının böyüməsinin qarşısını alıb və alov saat 17.45 radələrində söndürülüb. Ev əşyaları müəyyən hissədə yanıb.

İlkin məlumata görə, hadisə ev sahibi olan qadının müalicə məqsədi ilə "qrelka"dan (qızdırıcı cihaz) düzgün istifadə etməməsi nəticəsində baş verib. İlkin məlumata görə, xəsarət alan yoxdur. ANSPRESS

Şərhlər