Hadisə

Bakıda qızıl alveri ilə məşğul olan qadın intihar edib

Zərifə Abdullayevanın borcu ödəyə bilmədiyi üçün özünü asdığı ehtimal edilir.

· Xəbərçi
Bakıda qızıl alveri ilə məşğul olan qadın intihar edib
Bakıda daha bir intihar hadisəsi baş verib. Bu barədə APA-ya Yasamal rayon Polis İdarəsindən bildirilib. Hadisə dünən rayonun M. Muxtarov küçəsi, 81 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 42 yaşlı Zərifə İkram qızı Abdullayeva yaşadığı evdə özünü asıb.

Polisdən həmçinin bildirilib ki, Z. Abdullayeva qızıl alverçisi olub. Yaxınlarının dediyinə görə, onun xeyli miqdarda borcu varmış. İlkin ehtimala görə Z. Abdullayeva borcu ödəyə bilmədiyi üçün bu addımı atıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər