Bakıda qısqanc kişi arvadını və onunla olan kişini bıçaqladı
16 İyun 2012 Şənbə 14:24
Ötən gün baş verən hadisə 1 nəfərin ölümü ilə nəticələnib.
Bakıda kişinin qısqanclığı qətlə səbəb olub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, hadisə iyunun 15-də Binəqədi rayonunun Xocəsən qəsəbəsində, yeni yaşayış sahəsində qeydə alınıb. Malik Əliyev qısqanclıq zəminində arvadı Simuzərə və onunla birgə olan Zaur adlı şəxsə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Zaur orada ölüb. Simuzərin vəziyyəti isə qənaətbəxşdir. M.Əliyev könüllü olaraq PB-nə təslim olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar