Bakıda qəribə oğurluq
07 Noyabr 2012 Çərşənbə 16:11
Oğru apteki yardıqdan sonra çıxa bilmədiyi üçün stolun altında gizlənib.
Bu gün saat 00.34 radələrində Bakıda qəribə oğurluğa cəhd hadisəsi baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Binəqədi rayon 8-ci mikrorayondakı Bəhlulzadə küçəsində yerləşən, vətəndaş Şamo Nuriyevə məxsus aptekdən Binəqədi rayon Mühafizə İdarəsinə daxil olmuş “Həyəcan” siqnalı yoxlanılarkən aptekin arxa tərəfinin dam örtüyünə müdaxilə olunduğu aşkar edilib.
Binəqədi RMİ-nin əməkdaşları mülkiyyət sahibi ilə birgə aptekə baxış keçirərkən stolun altında gizlənən Ağcabədi rayon sakini Anar Həsənovu yaxalayıblar və Binəqədi RPİ-yə təhvil veriblər.
Araşdırmalar zamanı məlum olub ki, Anar Həsənov əvvəllər məhkum olunub.
DOSTLARINLA PAYLAŞ: