Bu gün saat 12:30 radələrində Xətai rayonu, Fəhlə prospektində “QAZel” markalı, "90 DF 502" dövlət nömrə nişanlı yük avtomobili aşıb. Bu barədə ANS PRESS-ə Xətai rayon Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisəyə avtomobilin sürətlə hərəkət edərkən maneəyə dəyməsi səbəb olub. Hadisə nəticəsində sürücü Gəray Həsənov yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Bakıda “Qazel” aşıb
Hadisə nəticəsində bir nəfər xəsarət alıb




Şərhlər