Hadisə

Bakıda qaz sayğacı dəyişdirilərkən partlayış baş verib, xəsarət alanlar var

Yanıq xəsarəti almış hər iki usta xəstəxanaya yerləşdirilib.

· Xəbərçi
Bakıda qaz sayğacı dəyişdirilərkən partlayış baş verib, xəsarət alanlar var
Bakıda qaz sayğacı dəyişdirilərkən partlayış baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 20-də saat 10.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində, "Azsantexplast" şirkətinində işləyənlər Göyçay rayon sakinləri Rəşad Quliyev və Elnur Nuriyev qaz sayğacını dəyişən zaman ani partlayış baş verib. Nəticədə dağıntı olmayıb, yanıq xəsarəti almış hər iki usta xəstəxanaya yerləşdiriliblər.

Şərhlər