Hadisə

Bakıda qadın sürücü iki piyadanı vurub

Bakıda qadın sürücü iki piyadanı vurub. Onlardan biri ölüb, digəri yaralanıb.

· Xəbərçi
Bakıda qadın sürücü iki piyadanı vurub
Bu gecə paytaxtın Binəqədi rayonu ərazisində Binəqədi şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib. ANS TV-nin məlumatına görə, şəhərdən Binəqədi qəsəbəsi istiqamətində hərəkət edən xanım sürücünün idarə etdiyi “Hyundai Sonata” markalı avtomaşın yolu keçmək istəyən iki piyadanı vurub. Yaralılar hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılsa da, onlardan biri - adının İlham olduğu bildirilən şəxs yolda keçinib. Digər yaralı Musa Qulammirzəyeva isə qapalı kəllə-beyin travması diaqnozu ilə həkim- travmatoloqun nəzarətinə verilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalara başlanılıb, hadisənin baş verdiyi ünvanda müayinələr aparılıb. Hadisəni törədən sürücü saxlanılıb. ANSPRESS

Şərhlər