Bakıda qadın sevgilisini qətlə yetirdi
23 Aprel 2012 Bazar Ertəsi 10:42
Hadisə Nərimanov rayonunda baş verib.
Ötən gün Bakının Nərimanov rayonunda qətl hadisəsi törədilib. Nərimanov rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, O.Əliyev küçəsi ev 30/6, mənzil 10-da kirayədə yaşayan Turanə Mirzəli qızı Məmmədova mübahisə zəminində qeyri-rəsmi nikahda yaşadığı Rəşad Əli oğlu Rəhimovu bıçaqlayıb. R.Rəhimov ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Turanə Məmmədova saxlanılıb, faktla əlaqədar cinayət işi başlanılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar