Hadisə

Bakıda qadın özünü 9-cu mərtəbədən atdı

Hadisə Yasamal rayon ərazisində baş verib

· Xəbərçi
Bakıda qadın özünü 9-cu mərtəbədən atdı
Bakının Yasamal rayonu ərazisində 32 yaşlı qadın özünü 9-cu mərtəbədən atıb. Yasamal rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, mayın 15-də Yeni Yasamal 2, ev 4, mənzil 26-da yaşayan Yuliya Xadıkina yaşadığı binanın 9-cu mərtəbəsindən özünü ataraq intihar edib.
İntiharın səbəbləri araşdırılır.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər