Hadisə

Bakıda qadın ölümcül döyüldü

Hadisə Badamdar qəsəbəsində baş verib.

· Xəbərçi
Bakıda qadın ölümcül döyüldü
Ötən gün Bakının Səbail rayonu ərazisində 26 yaşlı qadın möhkəm döyülüb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, Badamdar qəsəbəsində yolda qadın döyülmüş halda tapılıb.

Belə ki, döyülən şəxs Pərvanə Ağayevadır. O ağır kəllə-beyin travması, qarın nahiyyəsində küt travma, burunun küt travması və ətraf hissələrin əzilməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Səbail rayon Polis İdarəsindən isə bildirdilər ki, hadisənin baş vermə səbəbləri araşdırılır.

Şərhlər