Bakıda qadın dəm qazından zəhərlənərək öldü
16 Noyabr 2012 Cümə 10:37
Zəhərlənən digər iki qadının isə vəziyyəti ağırdır.
Ötən gün paytaxt ərazisində 3 nəfər dəm qazından zəhərlənib. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, zəhərlənənlərdən bir nəfər ölüb, 2 nəfərin vəziyyəti ağırdır.
Belə ki, Bakının Nəsimi rayonu ərazisində 26 yaşlı Aynur Rzazadənin yaşadığı evin hamamında meyiti tapılıb. Onun dəm qazından boğulduğu bildirilir.
Bundan başqa, Səbail rayonu ərazisində 16 yaşlı Fəridə Bayramova dəm qazından zəhərlənib. Qız huşsuz vəziyyətdə hamamda tapılıb və koma halında xəstəxanaya yerləşdirilib.
Digər hadisə isə Qaradağ rayonu, Ələt qəsəbəsində baş verib. Burada da 31 yaşlı Həqiqət Abdullayev hamamda dəm qazından zəhərlənib. Onu da ailə üzvləri huşsuz vəziyyətdə hamamda tapıblar. Qadın təcili olaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, son günlər dəm qazından zəhərlənmə halları nəzərə çarpacaq dərəcədə artıb.
DOSTLARINLA PAYLAŞ: