Bakıda piyadanı öldürən sürücü qəza yerindən qaçdı
26 İyul 2012 Cümə Axşamı 06:52
Sürücü barəsində cinayət məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb
Bakının Suraxanı rayonunda piyadanını ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Suraxanı qəsəbəsində avtomobilin zərvəsi ilə üzləşən 63 yaşlı Vəliyev Rüstəm Əhməd oğlu aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Rüstəm Vəliyevi vuran sürücü isə qəzadan sonra piyadaya heç bir yardım göstərmədən idarə etdiyi avtomaşınla birgə ərazidən uzaqlaşıb.
Hadisədən sonra qəzanın baş verdiyi ünvana Suraxanı rayon polis idarəsinin əməkdaşları cəlb edilib. Hadisə yeri müayindən keçirilib və şahid ifadələri alınıb. İlkin ehtimallara görə piyada “Mercedes” markalı atvomaşın tərəfindən vurulub.
Hazırda Suraxanı polisi tərəfindən piyadanın ölümünə səbəb olan sürücünün şəxsiyyətinin müəyyən edilməsi və onun idarə etdiyi avtomaşının tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Suraxanı rayon polis idarəsində cinayət məcəlləsinin 263.2 yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaq, ehtiyatsızlıqdan zərərçəkən şəxsin ölümünə səbəb olmaq və 264 hadisə yerindən qaçmaq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: