Hadisə

Bakıda övlada ömür boyu xəcalət verəcək qəza

Zərbənin təsirindən avtomobildə olan sürücünün anası Balaxanım ölüb.

· Xəbərçi
Bakıda övlada ömür boyu xəcalət verəcək qəza
Bakı şəhərində baş verən qəzada sürücü anasını itirib, balaları isə ölümdən dönüb.

ANS PRESS-in “Milli.az”a istinadən verdiyi məlumata görə, Sabunçu rayonu ərazisində Abbas Mirzəyev idarə etdiyi “Nissan” markalı maşını yol kənarındakı maneəyə vurub.

Zərbənin təsirindən avtomobildə olan sürücünün anası Balaxanım ölüb. A.Mirzəyevin 12 yaşlı oğlu Nəcəf və 13 yaşlı qızı Bəyim ağır xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Sabunçu Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Qəzaya yüksək sürətin səbəb olduğu bildirilir.

Şərhlər