Hadisə

Bakıda orta məktəbin həyətində qan töküldü

Ötən gün Bakının Xətai rayonu ərazisində yerləşən 165 saylı orta məktəbin həyətində bıçaqlanma olub.

· Xəbərçi
Bakıda orta məktəbin həyətində qan töküldü
Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, orta məktəbin həyətində 10-cu sinif şagirdi Ramiz İlham oğlu Babayev 1991-ci il təvəllüdlü Emin Zahid oğlu Qasımovu bıçaqlayıb.

Hadisəyə tərəflər arasında yaranan narazılıq səbəb olub. Hadisəni törədən Ramiz Babayevin sərxoş olduğu bildirilir. Onunla Emin Qasımov arasında şxəsi tanışlıq olub. Sonradan naməlum səbəb üzündən tərəflər arasında narazılıq yaranıb. Narazılığa aydınlıq gətirmək istəyəndə isə qanlı hadisə baş verib.

Tanışını bıçaqlayan Ramiz Babayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Şərhlər