Hadisə

Bakıda neft buruğunda partlayış olub

Hadisə nəticəsində bir nəfər aldığı yanıq xəsarətindən dünyasını dəyişib.

· Xəbərçi
Bakıda neft buruğunda partlayış olub
Bakıda neft buruğunda partlayış olub. APA-nın məlumatına görə, hadisə Pirallahı qəsəbəsində qeydə alınıb. Neft buruğunda baş verən ani partlayış yanğına keçib. Nəticədə orada işləyən, Hacıqabul rayon sakini İsmayıl Məmmədov aldığı yanıq xəsarətindən dünyasını dəyişib. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

Şərhlər