Bakıda nazirin qohumunun evini yardılar
22 Noyabr 2012 Cümə Axşamı 11:48
Misir Mərdanovun xalası oğlunun evi qarət olunub
Ötən gün Bakıda vəzifəli şəxsin evindən külli miqdarda pul və qızıl oğurlanıb. Hüquq-mühafizə orqanlarından lent.az-a verilən məlumata görə, Üzeyir Hacıbəyov küçəsi 37/43, mənzil 111-dən külli miqdarda pul və qızıl aparılıb.
Məlumata görə, ev sahibi, 1937-ci il təvəllüdlü Mirzəli İsmayıl oğlu Murquzov polisə müraciət edərək bildirib ki, noyabrın 21-də evdə olmadığı vaxt mənzilin yataq otağındakı dolabdan 15 min manat pul, 1000 ABŞ dolları, xeyli avro və qızıl-zinət əşyaları oğurlanıb.
Araşdırmalar nəticəsində məlum olub ki, oğurluq açar seçmə yolu ilə həyata keçirilib. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.
Qeyd edək ki, M.Murquzov təhsil naziri Misir Mərdanovun xalası oğludur. O, Azərbaycan Pedaqoji Universitetinin Fizika fakültəsinin dekanıdır.
DOSTLARINLA PAYLAŞ: