Bakıda müstəntiqə silahlı hücum oldu
15 Noyabr 2012 Cümə Axşamı 11:34
Hadisə Karlar Cəmiyyətinin ofisində qeydə alınıb
Bakıda prokurorluq işçisinə silah çəkilib. Hadisə Azərbaycan Karlar Cəmiyyətinin Yasamal rayonunda yerləşən ofisində qeydə alınıb. Yasamal rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Səbail Rayon Prokurorluğunun müstəntiqi Allahyar Əliyev istintaq cinayət işi üzrə izahat almaq məqsədilə adıçəkilən Karlar Cəmiyyətinin ofisinə gedib. Burada prokurorluq işçisilə cəmiyyətin keçmiş direktoru Ayaz Məmmədov arasında mübahisə yaranıb və Ayaz Məmmədov qanunsuz gəzdirdiyi tapança ilə müstəntiqi öldürmək istəyib.
Lakin sonradan A.Məmmədov tutularaq Yasamal rayon Polis İdarəsinə təhvil verilib. Ondan hadisə zamanı istifadə etdiyi tapança və patronlar götürülüb.
Faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: