Bakıda “Mercedes” aşdı
03 Mart 2011 Cümə Axşamı 11:46
Sürücü möcüzə nəticəsində sağ qaldı
Bu gün səhər saat 09:20 radələrində Bakının Sabail rayonu ərazisində “Mercedes C Klass” markalı 10 ST 806 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, avtomobilin aşmasına yüksək sürət səbəb olub. Sürücü Vüsal Həsənov möcüzə nəticəsində sağ qalıb.

Vüsal Həsənovun ANS PRESS-ə verdiyi məlumatda, bir anın içində özünü itirib və gözünü açanda artıq maşının havada olduğunu görüb.

“Təxminən 170-180 km/saatla gəlirdim. Birdən maşın sürüşdü. Nə qədər sükanı çevirdimsə, yenə maşını yığışdıra bilmədim. Xoşbəxtlikdən yolun kənarında dirək vardı. Yoxsa maşın təpədən uçuruma düşəcəkdi”, - deyə Vüsal Həsənov vurğuladı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar