Bakının Binəqədi rayonu ərazisində, Xochəsən yolunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı 27 yaşlı Rzayeva Ülviyyə Mikayıl qızı “Mercedes” markalı avtomaşın tərəfindən vurulub.
Hadisədən sonra piyada elə vurulduğu avtomaşının sürücüsü tərəfindən 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən Ülviyyə Rzayevaya ilkin tibbi yardım göstərilib hazırda yaralı müalicəsini xəstəxanada davam etdirir.
Qəzanın təfərrüatları isə Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən araşdırılır. Yol nəqliyyat hadisəsi hüquqi qiymət isə araşdırmalardan sonrna veriləcək.
Bakıda Mercedes 27 yaşlı qızı vurub
Həkimlər xəstəxanaya çatdırılan zərərçəkmişin həyatını xilas edib.




Şərhlər