Bakıda mənzildə partlayış olub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, hadisə Nəsimi rayonu M.Cəfərov küçəsi ev 10-da yaşayan Ceyran Maranovanın mənzilində qeydə alınıb. Adıçəkilən ünvanda məişətdə istifadə olunan qaz balonu partlayıb. Nəticədə 3 kvm. sahədə yanar kostruksiyalar yanmış, xəsarət almış C.Maranova isə xəstəxanaya yerləşdirilib.
Bakıda mənzildə qaz balonu partladı, yaralanan var
Hadisə nəticəsində evin bir hissəsi yanıb.




Şərhlər