Bakıda maskalı şəxslər evə basqın etdilər
15 Mart 2014 Şənbə 11:48
Bakıda yaşayış evinə silahlı basqın edən maskalı şəxslər həbs edilib.
Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, martın 4-də Yeni Suraxanı qəsəbəsi Mərkəzi küçədə yaşayan Elmira Məmmədovanın evinə açıq qapıdan daxil olan maskalı şəxslər onu tapança və xəncərlə hədələyərək 16 min manat pul alıb gediblər.
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Salyan Rayon Polis Şöbəsi, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Salyan şəhər sakini Rauf Rəhimov, Balakən rayon sakini Təvəkkül Seyidov, Lənkəran şəhər sakini Rauf Mahmudov, Bakı şəhər sakinləri Tacəddin Qafarov, Kənan Alıyev və Tural Əsgərov tutulublar.
Hadisənin digər iştirakçılarının tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir.
DOSTLARINLA PAYLAŞ: