Bakıda avtomobil oğurlamış iki keçmiş məhkum Ağdaşda yaxalanıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, martın 15-nə keçən gecə H.Əliyev küçəsində yaşayan İsrail Cəlaləddinova məxsus "VAZ-2107" markalı avtomobil qaçırılıb.
Nərimanov rayon Polis İdarəsi 16-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, avtomobili qaçıran - əvvəllər məhkum olunmuşlar, Ağdaş rayon sakini Rəvan Hüseynov və Mingəçevir şəhər sakini Ceyhun Nəsirov avtomobillə birlikdə Ağdaş rayonu ərazisində tutulublar.
Bakıda maşın oğruları tutuldu
Paytaxtda avtomobil oğurlamış iki keçmiş məhkum Ağdaşda yaxalanıb.




Şərhlər