Bakıda maklerlər kirayə ev axtaran qadını zorladı
02 İyun 2012 Şənbə 11:16
Hazırda məsələ ilə əlaqədar araşdırmalar davam etdirilir.
Ötən gün Salyan rayon Kərimbəyli kənd sakini 39 yaşlı Z.S şikayət ərizəsi ilə Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinə müraciət edib. Lent.az-ın məlumatına görə, Z.S bildirib ki, kirayə ev tapmaq məqsədi ilə Yasamal rayon Şərifzadə küçəsi 38 ünvanındakı ev alqı-satqısı ofisinə müraciət edib.

Ofisdən qadına bir neçə mənzil təklif olunub. Z.S ofisin iki makleri Yaqub və Daşqın adlı şəxslərlə Rəsulzadə qəsəbəsindəki mənzillərdən birinə baxmağa gediblər. Burada isə həmin şəxslər qadını döyüblər və onu zorlayıblar.

Z.S başına gələnlərlə bağlı polisi məlumatlandırdıqdan sonra araşdırmalar başlanılıb. Məlum olub ki, onun müraciət etdiyi şəxslər Yaqub Vəliyev və Daşqın Mahmudovdur. Hazırda məsələ ilə əlaqədar araşdırmalar davam etdirilir, müvafiq ekspertizalar təyin edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar