Hadisə

Bakıda Lombard sahibi hündürlükdən yıxılaraq öldü

Lombard sahibinin bədbəxt hadisə nəticəsində yıxıldığı, yaxud da intihar etdiyi araşdırılır.

· Xəbərçi
Bakıda Lombard sahibi hündürlükdən yıxılaraq öldü
Bakının Yasamal rayonu ərazisində kişi hündürmərtəbəli binadan yıxılıb. Yasamal rayon Polis İdarəsi 29-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Əsəd Əhmədov küçəsində 1968-ci il təvəllüdlü Elşən Azər oğlu Salayev yaşadığı binanın yeddinci mərtəbəsindən düşüb.

O, hadisə yerində ölüb. Polis hazırda hadisə yerindədir. Onun bədbəxt hadisə nəticəsində yıxıldığı, yaxud intihar etdiyi araşdırılır.

Qeyd edək ki, E. Salayev Lombard sahibi olub.

Şərhlər