Hadisə

Bakıda kitabxana yanır

Bakıda kitabxana yanır. Hadisə yerinə 4 yanğınsöndürən cəlb olunub.

· Xəbərçi
Bakıda kitabxana yanır
Bakının Binəqədi rayonunda yerləşən dövlət kitabxanasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, xidmətə bu barədə saat 12.24-də məlumat daxil olub. 1 saylı çağırışa əsasən hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Sakinlərin ANS PRESS-ə verdiyi məlumata görə, artıq dövlət kitabxanasının xeyli hissəsi yanıb.

Hadisənin nə səbəbdən baş verməsi hələlik bilinmir. ANSPRESS

Şərhlər