Bakıda kitab satmaq adı ilə dələduzluq edənlər saxlanılıb
16 Aprel 2012 Bazar Ertəsi 11:28
İki nəfər yaxınlaşdıqları sürücünün 480 manat pulunu alıb qaçıblar.
Bakıda kitab satmaq adı ilə adam soyan şəxslər yaxalanıb. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, iki naməlum şəxs Təbriz küçəsində Bakı şəhər sakini İlqar İsmayılovun idarə etdiyi "Mesedes" markalı avtomobilə yaxınlaşaraq kitab satmaq adı ilə onun əlində olan 480 manat pulu alıb qaçıblar. Nərimanov RPİ Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədənlərin şəxsiyyəti müəyyənləşib. Əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri Rəsul Quliyev və Ramil Hüseynov aprelin 14-də tutulublar.
DOSTLARINLA PAYLAŞ: