Hadisə

Bakıda İrana məxsus yüklə dolu

Sürücü yüngül xəsarət alıb

· Xəbərçi
Bakıda İrana məxsus yüklə dolu
Bu gün Bakıda İran İslam Respublikasına məxsus yük maşını (TIR) aşıb. Bu barədə ANS PRESS-ə Qaradağ Rayon Polis İdarəsindən məlumat verilib. Hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsinin girəcəyində baş verib. İçərisində yük olan İran İslam Respublikasına məxsus "TIR" maşını yoldan çıxaraq aşıb. Nəticədə yük avtomobilinin sürücüsü yüngül xəsarət alıb, maşının içində olan yük isə dağılaraq ətrafa səpələnib.

Hadisə yerinə gələn Dövlət Yol Polis İdarəsinin (DYPİ) əməkdaşları digər avtomobillərin yolunu dəyişərək ərazini boşaldıblar. Hadisənin nə səbəbdən baş verməsi hələlik bilinmir.

Faktla bağlı DYPİ tərəfindən araşdırma aparılır. ANSPRESS

Şərhlər