Hadisə

Bakıda intihara cəhd edən məktəbli qızı möcüzə xilas etdi

16 yaşlı qız 9-mərtəbəli binanın 6-cı mərtəbəsindən yerə düşüb

· Xəbərçi
Bakıda intihara cəhd edən məktəbli qızı möcüzə xilas etdi
Bakının Nizami rayonunda inanılmaz hadisə olub. Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, Naxçıvanski 64 ünvanında yaşayan 16 yaşlı Əsmər Zaynalova 9-mərtəbəli binanın 6-cı mərtəbəsindən yerə düşüb.

O, ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Yeniyetmə qızın ehtiyatsızlıq nəticəsində yıxılması və ya intihar etməsi araşdırılır.

Nizami RPİ-nin 24-cü polis bölməsindən milli.az-a bildirildi ki, Ə.Zeynalova özünü öldürmək məqsədilə binadan atıb. Ə.Zeynalovanın orta məktəb şagirdi olduğu bildirilir.

Şərhlər