Hadisə

Bakıda ilan fəhləni sancdı

Hadisə Qaradağ rayonunda baş verib

· Xəbərçi
Bakıda ilan fəhləni sancdı
Ötən gün Bakının Qaradağ rayonunda daş karxanada fəhləni ilan sancıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, daş karxanasında fəhlə işləyən 22 yaşlı Xəyal Salahovu ilan sancıb.

Ona ilkin tibbi yardım göstərildikdən sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Şərhlər