Bakıda iki qohumu qətlə yetirən şəxs uzağa qaça bilmədi
06 Sentyabr 2011 Çərşənbə Axşamı 12:09
O, dünən axşam polis tərəfindən saxlanılıb
Bakının Xətai rayonunda dəhşətli qətl hadisəsi törədən şəxs saxlanılıb. Rayon Prokurorluğunun işi araşdıran müstəntiqinin ANS PRESS-ə verdiyi məlumata görə, 64 yaşlı Nail Abaydulin Rəşidoviç dünən axşam saatlarında Xətai rayon Polis İdarəsinin və 37-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat –axtarış tədbirləri nəticəsində Bakıda saxlanılıb. O, törətdiyi əməli etiraf edib. Hadisənin nə səbəbdən baş verməsi isə hələlik açıqlanmır.

Qeyd edək ki, dəhşətli qətl hadisəsi sentyabrın 2-də və 3-də Aşıq Qurbanov küçəsində baş verib.
Həmin ünvanda kirayədə yaşayan Sumqayıt şəhər sakini, 47-ci il təvəllüdlü Abaydulin Nail Rəşidoviç aralarında yaranan şəxsi mübahisə zəminində birlikdə kirayə qaldığı, Nərimanov rayon sakini 1947-ci il təvəllüdlü, subay Viktor Bıkovu təpik və yumruqla döyərək qətlə yetirib. O, ertəsi gün isə Bıkovun yaxın qohumu olan Svetlananı da həmin ünvanda əl dəsmalı ilə boğaraq qətlə yetirib. O, meyitləri mənzilin həyətindəki quyuya atıb, basdırarkən arvadı Raisa Arisovna tərəfindən ifşa edilib. Belə ki, ər meyitləri həyətdə basdırarkən o, kağızı parçasına hadisə barədə bir neçə cümlə yazaraq qonşu Nurasta Tağıyevanın həyətinə atıb. Məlumatı oxuyan qonşu isə 37-ci polis bölməsinə müraciət edərək hadisə barədə xəbər verib. Baş verənlərdən xəbər tutan ər dərhal evi tərk edib.

Faktla bağlı AR Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar