Hadisə

Bakıda iki qardaş bıçaqlandı

Ötən gün Bakı şəhərində iki qardaş bıçaqlanıb.

· Xəbərçi
Bakıda iki qardaş bıçaqlandı
Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Ramin Məmmədov mübahisə zəminində bıçaqla Qafur Qurbanova və onun qardaşı Nizamiyə xəsarət yetirib. Ağır yaralanan qardaşlar xəstəxanaya yerləşdirilib.

Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən R.Məmmədov tutulub.

Şərhlər