Bakıda iki nəfər naməlum şəraitdə bıçaqlanıb
20 İyun 2012 Çərşənbə 06:03
Yaralıların vəziyyəti ağır olduğu üçün polis onlardan faktla bağlı izahat ala bilməyib.
Bakı Sabunçu rayonu Qambay Vəzirov kəçəsində iki nəfərin ağır yaralanması ilə nəticələnən bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı 24 yaşlı İbrahimov Mübariz Əli oğlu və 22 yaşlı Paşayev Abbasqulu naməlum şəraitdə bıçaq xəsarətləri alıb. Faktla bağlı Sabunçu rayon polis idarəsinin 12-ci polis bölməsinin əməkdaşları tərəfindən əraziyə baxış keçrilib. Bölmədən verilən məlumata görə, yaralıların vəziyyəti ağır olduğundan polislər tərəfindən onların hadisə ilə bağlı izahatının almaq mümkün olmalyıb. Zərərçəkmişlərin hansı şəraitdə kim tərəfindən bıçaqlandığına isə 12-ci polis bölməsində başlanan təhqiqatın yekunundan sonra aydınlıq gətiriləcək.
DOSTLARINLA PAYLAŞ: