Hövsan qəsəbəsi yaxınlığında ağır yol qəzası baş verib. “Mercedes” və əks istiqamətlə hərəkət edən “Reno” markalı maşınlar toqquşub. Hadisə nəticəsində “Reno” markalı maşının iki sərnişini ağır xəsarət alaraq qəzalı avtomobildən düşə bilməyiblər və maşında başlayan yanğında həlak olublar. Həmin avtomobilin digər bir sərnişini ağır travmalarla xəstəxanaya çatdırılıb.
“Mercedes” markalı maşının sürücüsü və bir sərnişin ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisə yerində DYP əməkdaşları araşdırma aparır.
Bakıda iki nəfər diri-diri yandı
Hadisə nəticəsində üç nəfər ağır xəsarətlər alıb




Şərhlər