Bakıda piyadanın ölümünə səbəb olan avtomobil qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, yanvarın 13-də Bünyadov prospektində Samux rayon sakini Mehman Əliyevin idarə etdiyi “Daewoo” markalı və Xaçmaz rayon sakini İlkin Əhmədovun idarə etdiyi “Shevrolet Lacetti” markalı avtomobillər toqquşub. Nəticədə X.Əhmədov avtomobilin idarə etməsini itirərək yolu keçən piyada Nəbi Sultanovu vurub.
Yaralı aldığı xəsarətlərlə 3 saylı xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS
Bakıda iki maşın toqquşub
Bakıda iki maşın toqquşub. Hadisə Bünyadov prospektində olub.




Şərhlər