Bu gün saat 14:00 radələrində Nərimanov rayonu ərazisində-Təbirz küçəsində "Su sonası" şadlıq sarayının yaxınlığında yerləşən hündürmərtəbəli binanın 6, 7, və 8-ci mərtəbələrində güclü yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətnidən ANS PRESS-ə verilən məlumata görə, hadisə yerinə 5 yanğınsöndürən briqadası yollanıb. Alovun qarşısı alınıb.
İlkin ehtimala görə, yanğına 5-11-ci mərtəbələr arasında elektrik naqilində baş vermiş qısa qapanma səbəb olub. Hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb.
Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın baş verib
Hadisəyə elektrik naqilində qısa qapanmanın səbəb olduğu bildirilir.




Şərhlər