Bakıda hərbi maşın qəza törətdi
16 İyun 2010 Çərşənbə 01:30
Paytaxtın Yasamad rayonudad “Villis” və “Daewoo” markalı avtomaşınlar toqquşub.
Ötən axşam saat 23.30 radələrində Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Hüseyn Cavid prospekti ilə Firudin Ağayev küçəsinin kəsişməsində “Villis” markalı hərbi maşınla “Daewoo” markalı minik maşını toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, mülki avtomobilə ziyan dəyib.
Hadisə yerinə Yasamal rayon Yol Polisi İdarəsinin və Hərbi Yol Polisinin əməkdaşları cəlb olunublar. AN7S PRESS-in əməkdaşının hadisə yerində apardığı dəqiqləşdirməyə görə, 90 DC 160 dövlət nömrə nişanlı “Daewoo” avtomobilB Firudin Ağayev küçəsi ilə hərəkət edirmiş. Sürücünün sözlərinə görə, o, işıqforun yaşıl işığında hərəkət etsə də, Hüseyn Cavid prospekti ilə gələn 35 01 AO dövlət nömrə nişanlı hərbi maşın işıqforun qırmızı işığında keçib və onun maşını vurub.
Hadisə yerinə avtomobilin məxsus olduğu N saylı hərbi şissənin nümayəndələri də toplaşmışdı. Onlar ANS PRESS-in əməkdaşının hadisə yerində çəkiliş aparmasına mane olurdu çalışırdı və bunu hərbi sirlə əsaslandırmağa çalışırdı. Onlara mülki geyimdə olan və özləriini hərbi zabit kimi təqdim edən şəxslər də yardım göstərirdilər.
Yasamal rayon Yol Polisi Şöbəsinin hadisə yerindəki əməkdaşları ANS PRESS-ə bildirdilər ki, hadisənin səbəbi keçirilmiş avtotexniki ekspertizanın nəticəsinə əsasəen müəyyən ediləcək. Mülki maşın müvəqqəti dayanacağa aparılsa da, hərbçilər hərbi maşını hadisə yerindən götürdülər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: