Bakıda gənc oğlanın özündən 21 yaş böyük sevgilisi ilə meyiti tapıldı
30 Dekabr 2011 Cümə 10:30
Onların dəm qazından zəhərləndikləri ehtimal olunur.
Bakının Binəqədi rayonu ərazisində iki sevgilinin meyiti tapılıb. Rayon Prokurorluğundan milli.az-a verilən məlumata görə, onlar 46 yaşlı Lənkəran rayon sakini Nərminə Muradova və 25 yaşlı Şirvan şəhər sakini Amid Əliyevdir.

Hər iki şəxsin meyiti Rəsulzadə qəsəbəsi Ə.Məmmədov küçəsi ev 3, mənzil 1-də aşkarlanıb.
Üzərində zorakılıq əlamətləri olmayan şəxslərin dəm qazından zəhərləndikləri ehtimal olunur.
Mərhumların qeyri-rəsmi nikah münasibətləri olub.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar