Bakıda gəmi partladı
15 Fevral 2011 Çərşənbə Axşamı 02:57
“Şirvan” gəmisi Xəzər dənizinin Şıxlar sahilində təmirə dayanıbmış
Bu gecə Xəzər dənizinin Bakıdakı Şıxlar sahilində təmirə dayanan gəmidə partlayış baş verib. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyindən ANS PRESS-ə verilən məlumata görə, hadisə “Şirvan” yük gəmisində qeydə alınıb. Gəmidə qaynaq işləri aparılan zaman əvvəlcə yanğın, ardınca isə partlayış olub. Hadisə nəticəsində 1 nəfər həlak olub, 2 nəfər isə xəsarət alıb.
Klinik Tibbi Mərkəzdən ANS PRESS-ə verilən məlumata görə, həlak olan fəhlə Qarayev Raqif Yurka oğludur. Onun qaynaqçı işləyən atası Yurka Qarayev, eləcə də gəminin mühəndisi Şaiq Mirzəyev xəsarət alıblar.
Dövlət Xəzər Dəniz Gəmiçiliyi rəhbərliyinin hadisə yerində olduğu bildirilir. Yanğın və partlayışın səbəbləri ilə bağlı heç bir rəsmi məlumat yoxdur. İlkin məlumatlara görə, hadisəyə qaz sızması səbəb olub.
DOSTLARINLA PAYLAŞ: