Hadisə

Bakıda gecə yaşayış evində yanğın baş verib

Yanğın nəticəsində 90 kvadratlıq evin dam örtüyü yanıb

· Xəbərçi
Bakıda gecə yaşayış evində yanğın baş verib
Ötən gecə Səbayel rayonu Üzeyir Hacıbəyov küçəsində bir mərtəbəli yaşayış evində yanğın baş verib. Yanğın nəticəsində 90 kvadratlıq evin dam örtüyü yanıb. Mənzilin dam örtüyünün yarsını əhatə etmiş alovun qarşısının alınması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirlyi dövlət yanğından mühafizə hissəsinin yanğın söndürən avtomobilləri cəlb olunub. Alovun qarşısı qısa zamanda alındığı üçün dam örtüyünün cəmisi 40 metrlik konstruksiyaları yanaraq kül olub.

Baş vermiş hadisədə xəsarət alan olmayıb. Yanğının hansı səbəblə baş verməsi barədə hələlik dəqiq məlumat yoxdur. Bu istiqamətdə Fövqəladə Hallar Nazirylinin müvafiq qurumunda başlanılmış araşdırmalar davam etdirlir.

Şərhlər