Hadisə

Bakıda gecə taksi sürücüsünü vəhşicəsinə öldürdülər

Naməlum səbəbdən 29 yaşlı şəxs bıçaqlanıb.

· Xəbərçi
Bakıda gecə taksi sürücüsünü vəhşicəsinə öldürdülər
Bu gecə Bakının Binəqədi rayonunda ağır cinayət baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Biləcəri qəsəbəsində Dəmir Yolu vağzalının qarşısında1985-ci il təvəllüdlü Elnur Akif oğlu Ağayev amansızcasına öldürülüb. Onu 10-a yaxın bıçaq zərbəsi vurublar.

Qeyd edək ki, 29 yaşlı Elnur Ağayev Biləcəridə taksi fəaliyyətilə məşğul olur. Hadisəni şəxsi münasibətlər zəmnində baş verdiyi bildirilir.

Polislər cinayəti törədən şəxsin müəyyən edib. Lakin hələlik istintaq sirri olduğu üçün cinaətkarın kimliyi bildirilmir.

Şərhlər