Bakıda fəhlə iş icraçısının göstərişi ilə yoldaşları tərəfindən döyülüb
28 Avqust 2010 Şənbə 05:45
Zərəçəkmiş xəstəxanaya gətriləndə həkimlər onda qapalı kəllə beyin travması aşkarlayıb.
Səbayel rayonu Badamdar qəsəbəsində yolda təmir işi apran işıq idarəsinini fəhlələri arasında dava düşüb. Baş Narkotiklərlə mübarizə idarəsinini qarşışısnda düşən dava zamanı 8 nəfər fəhlələ öz iş yoldaşları Səlyan rayon Qaraçala kənd sakini 44 yaşlı Mövsüm Yusifovu döyüb. Fəhlələr əlbəyaxa zamanı işdə istifadə elədikləri belin sapı ilə Mövsüm Yusifova zərbələr də endirib. Baş nayihəsindən müxtəlif dərəcəli xəsərətlər alan Yusifovu fəhlələrin əlindən səsə gələn Baş Narkotiklərlə mübarizə idarəsininin əməkdaşları alıb. Polislər fəhlələri sakitləşdirərək ondları sonradan idarəyə dəvət ediblər.
Hadiəsənini şahidi Məlahət Əliyeva bildirir ki, dava Yusifovun iş icraçısından əmək haqqını tələb etməsindən sonra başlıyıb. Belə ki, şahidin iddiasına görə, icraçı Yusifovun əmək haqqı tələb etməsindən xoşu gəlməyib və digər fəhlələrə iş yolaşlarını döymək barədə göstəriş verib. “Döyülən kişi deyib ki sabah qızımın ilidir mənim pulumu verin. Prorab Emin isə işçiləri öyrətdi ki, onu döyün, qovun məndən pul istəməsin. Mənim pulum yoxdur. Onlar isə Eminin göstərişi ilə onu başladılar döyməyə. Mən də yalvardım ki döyməyin. Onlarda kişini döyə-döyə bu vəziyyətə saldılar”.
Davadan sonra Mövsüm Yusifov 1 saylı şəhər klinki xəstəxnaya çatdırılıb. Zərəçəkmiş xəstəxanaya gətrilən zaman həkimlər onda qapalı kəllə beyin travması, təpə nayiəhsinini əzilmiş yaralarının olmasını aşkar edib. Faktla bağlı Səbayel rayon polis idarəsinini 8-ci polis bölməsinin təhqiqat şöbəsində araşdırmalara başlanılıb. Bölmədən verilən məlumata görə, hadiəsə ilə bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlıdlıb.
Fəhlələr polis bölməsində ifadələrində davaya səbəb kimi aralarında düşən mübahisəni göstəriblər. İlkin araşdırmalardan sonra fəhlələr mübahisənin qızışmasında iş icrabısı Natiq adlı şəxsin rolunun olmasını da etiraf ediblər. Qeyd edək ki, toplanmış materiallar sonrakı mərhələdə araşdırılması üçün Səbayel rayon polsi idarəsinin istintaq şöbəsinə göndəriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: