Bakıda əxlaqsız yuvaları təşkil etdiyi üçün axtarışda olan şəxs tutuldu
Yasamal rayon Polis İdarəsi xüsusi əməliyyat keçirib.
Bakıda əxlaqsız yuvaları təşkil etdiyi üçün axtarışda olan şəxsi polis saxlayıb. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə axtarışda olan Müzəffər Cəfərov iyunun 1-də tutulub. Hazırda fakt üzrə istintaq davam etdirilir.




Şərhlər