Hadisə

Bakıda evi qarət edənlər tutuldu

Oradan pul və qızıl əşyalar oğurlanıb.

· Xəbərçi
Bakıda evi qarət edənlər tutuldu
Bakıda mənzil qarət edilib. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə yanvarın 25-də A.Şərifzadə küçəsində İbrahim Bağırova məxsus mənzildə baş verib. Naməlum şəxslər qapını sındırmaq yolu ilə oradan 2700 manat, 1 ədəd noutbuk və qızıl-zinət əşyaları oğurlayıb.

Bakı şəhər Baş Polis İdarəsi və Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Sumqayıt şəhər sakinləri Emin Əsədov, Əlisəfa Əliyev və Bakı şəhər sakini Orxan Qurbanov yanvarın 28-də tutulub.

Onların üzərinə baxış keçirilərkən O.Qurbanovdan 0,610 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. ANSPRESS

Şərhlər