Hadisə

Bakıda evdə partlayış olub: 1 ölü, 3 yaralı

Hadisənin səbəbi araşdırılır.

· Xəbərçi
Bakıda evdə partlayış olub: 1 ölü, 3 yaralı
Bakının Qaradağ rayonunda mənzildə partlayış baş verib. Rayon prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, partlayış noyabrın 7-si Sahil qəsəbəsində 41 yaşlı Elman Əliağa oğlu Şıxəliyevə məxsus fərdi yaşayış evində olub. Nəticədə E.Şıxəliyev, həyat yoldaşı və iki uşağı ağır yanıq xəsarətləri ilə 5 nömrəli xəstəxanaya yerləşdiriliblər.

Vəziyyəti daha ağır olan Elman Şıxəliyev dünən axşam saatlarında xəstəxanada keçinib. Onun ailə üvzlərinin də vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyində araşdırma aparılır. ANSPRESS

Şərhlər