Hadisə

Bakıda ev əşyaları ilə birgə yanaraq külə döndü

Yanğın birmərtəbəli evdə baş verib.

· Xəbərçi
Bakıda ev əşyaları ilə birgə yanaraq külə döndü
Ötən gün axşam saatlarında Bakının Suraxanı rayonunda yanğın baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın ümumi sahəsi 35 kv.m olan birmərtəbəli evdə qeydə alınıb. Yanğın nəticəsində ev əşyaları ilə birgə yanaraq külə dönüb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın saat 23:50-də söndürülüb.

Şərhlər