Hadisə

Bakıda ər arvadını bıçaqladı

Hadisə ailə münaqişəsi zəminində baş verib.

· Xəbərçi
Bakıda ər arvadını bıçaqladı
Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında R.Rüstəmov küçəsində beş verib.

Burada yaşayan Adil Abdullayev sərxoş vəziyyətdə yaşadığı mənzildə həyat yoldaşı Elena Abdullayevanın kürək nahiyəsinə bıçaqla daxilə nüfuz edən xəsarət yetirib. Hadisədən sonra şübhəli şəxs Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsi əməkdaşları tərəfindən tutularaq məsuliyyətə cəlb olunub.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi nəticəsində törədilib. ANSPRESS

Şərhlər